Bakıdan Tehrana həftədə iki uçuş təşkil olunacaq

Bakıdan Tehrana həftədə iki uçuş təşkil olunacaq

Hazırda oxunan: Bakıdan Tehrana həftədə iki uçuş təşkil olunacaq

60892

Azərbaycan və İran rəsmilərinin razılaşması əsasında Bakı-Tehran və əks istiqamətdə həftədə iki uçuş təşkil olunacaq. 

Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi deyib. 

M.Rəzəvinin sözlərinə görə, uçuşlar iki ölkənin hava yolları şirkətləri tərəfindən həyata keçiriləcək.

Rəzəvi əlavə edib ki, koronavirus pandemiyası nəticəsində tətbiq olunan məhdudiyyətlərin azalması ilə uçuşların sayının artması gündəmə gətiriləcək. 

Qeyd edək ki, bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO