Bu gün Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışının həyata keçiriləcəyi strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçiriləcək.
Bizim.Media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təlimlərə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsininin aerokosmik qüvvələrinin, Şimal və Qara dəniz donanmasının raket bölmələrinin qoşunları və texnikasının cəlb olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Ukrayna yaxınlığında nüvə silahı yerləşdirə bilər – “NEW YORK TIMES”
Təlimlərdə Şimal Donanmasının strateji raket daşıyan sualtı qayığının Rusiyanın Uzaq Şərqindən-Kamçatkadan Kür poliqonuna, ölkənin şimalındakı nüvə sualtı qayığından isə Çiza poliqonuna qitələrarası ballistik raketlər atılacağı bildirlib.
Həmçinin Aerokosmik Qüvvələri uzaq mənzilli təyyarələrdən qanadlı raketlər buraxacaq.
Bizim.Media