Türkiyədə cinayətkar təşkilatlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib, yüzlərlə şübhəli saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyası ilə 25 mart – 10 aprel tarixlərində ölkənin 81 vilayətində 124 əməliyyat həyata keçirilib.
17 gün davam edən əməliyyatlar çərçivəsində “silahlı cinayətkar təşkilat yaratma”, “ağır soyğunçuluq”, “təhdid”, “qəsdən adam öldürmə”, “əmlaka zərər vurma” və “silah qaçaqmalçılığı” kimi ittihamlarla ümumilikdə 722 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı keçirilən axtarışlarda 67 ədəd uzun lüləli tüfəng, 383 tapança, 66 ov tüfəngi, 29 boş tapança, 14 003 patron və 1 329 silah hissəsi müsadirə edilib. (qafqazinfo.az)
Bizim.Media


































































































