Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun Ermənistan hissəsində tikinti başladı - FOTO

Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun Ermənistan hissəsində tikinti başladı - FOTO

Hazırda oxunan: Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun Ermənistan hissəsində tikinti başladı - FOTO

0:00
0:00
60554

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun Ermənistan hissəsinin tikintisi üzrə işlərə başlandığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.

Hökumət başçısı ümid edir ki, tezliklə yeni mərhələ başlayacaq, imzalanan sazişlər real həyatda öz əksini tapacaq.

O, həmçinin Şimal-Cənub magistralının Sisyan və Kacaran şəhərləri arasında hissəsinin tikintisi üçün də işlərə start verildiyini deyib.

Nikol Paşinyan hökumətin iclasında bildirib ki, bunun üçün layihə və tikinti şirkətləri dəvət olunub, onların arasından bu miqyasda işləri görə bilənlər seçiləcək.

Baş nazir vurğulayıb ki, SSRİ dağılandan sonra Ermənistanda belə həcmdə iş aparılmayıb, tikinti yüz milyonlarla dollar tələb edəcək.

O əlavə edib ki, yeni yol təkcə şimalla cənubu (yəni Ermənistanı İranla) deyil, həm də qərblə şərqi (Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyə) birləşdirməlidir.

Bununla bağlı Paşinyan xatırladıb ki, Ermənistan-Naxçıvan-Azərbaycan (Yerasx-Culfa-Meğri-Horadiz) dəmir yolunun Ermənistandan keçən hissəsi üçün də layihələndirmə işləri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO