Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hazırda oxunan: Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

605243

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

H. Fidanı Dəməşq Beynəlxalq Hava Limanında suriyalı həmkarı Əsəd Hasan Şeybani qarşılayıb.
 

"Nazirlik mənbələrindən alınan məlumata görə, səfər çərçivəsində ikitərəfli mövzuların və regional məsələlərin müzakirə edilməsi nəzərdə tutulur", - məlumatda qeyd olunub və bildirilib ki, 17 və 29 yanvar razılaşmaları çərçivəsində Suriyanın şimal-şərqinin mərkəzi idarəetməyə inteqrasiya mərhələsinin qiymətləndirilməsi gözlənilir.


Qeyd olunub ki, Suriyanın təhlükəsizliyinə yönəlik təhdidlərin müzakirə edilməsi, bölgədəki müharibənin Suriyaya təsirləri, Livandakı vəziyyət başda olmaqla, digər regional məsələlərin müzakirə olunması da nəzərdə tutulub.

Bununla yanaşı, H, Fidanın Suriyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Ərəb Respublikasının Prezidenti Əhməd Əl Şaraa ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO