Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Hazırda oxunan: Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

604491

“Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir, çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.
 

"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - o vurğulayıb.


"İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik, bu barədə Rusiyanın ali rəhbərliyi də iki dəfə açıq şəkildə bəyan edib", - Ermənistanın Baş naziri əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO