İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Hazırda oxunan: İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

604352

İranın şimalındakı Babolsar şəhərində ən azı dörd hökumət məmuru həbs edilib.

Bizim.Media xəbər verir ki, məlumatı Tasnim xəbər agentliyi yayıb.

Bildirilir ki, saxlanılanlar "düşmən", yəni İsrail və ABŞ üçün casusluqda ittiham olunurlar. Hökumət məmurlarının konkret hərəkətləri dəqiqləşdirilməyib.
 

Martın 17-də İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhsün-Ejei İsrail və ABŞ ilə əməkdaşlıq etməkdə və onlara casusluq etməkdə təqsirli bilinənlərin ölüm cəzası ilə cəzalandırılacağı və dövlət üçün əmlakının tamamilə müsadirə olunacağını açıqlayıb.


15 martda İran polisinin rəisi general Rza Radan ölkənin hüquq-mühafizə orqanlarının 28 fevraldan bəri düşmənlə əməkdaşlıq etmək şübhəsi ilə ən azı 500 nəfəri saxladığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO