Müctəba Xamenei ölümdən necə qurtulub?

Müctəba Xamenei ölümdən necə qurtulub?

Hazırda oxunan: Müctəba Xamenei ölümdən necə qurtulub?

601944

Britaniyanın The Daily Telegraph qəzetinin əldə etdiyi audioyazıya əsasən, İranın yeni ali lideri Müctəba Xamenei 28 fevralda Tehrandakı kompleksə endirilən hava zərbəsi zamanı son anda ölümdən xilas olub.

Bizim.Media xəbər verir ki, yayılan məlumata görə, zərbə anından az əvvəl o, binadan çölə çıxıb və bu səbəbdən birbaşa partlayışın hədəfinə çevrilməyib. Audioyazıda iddia olunur ki, Müctəba Xamenei hadisə zamanı yaralanıb, lakin sağ qalıb.
 

Qəzetin yaydığı məlumata görə, 28 fevral hücumu zamanı Müctəba Xameneinin həyat yoldaşı və oğlunun da öldüyü iddia olunur.


Bununla belə, bu məlumatın bütün detalları hələlik müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO