Ukrayna Silahlı Qüvvələri Smolensk vilayətindəki kimya zavoduna hücum edib. Nəticədə 7 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya KİV ölkənin İstintaq Komitəsinə istinadən yayıb.
Məlumata görə, hücum zamanı partlayıcı qurğularla təchiz edilmiş təxminən 30 pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Terror aktı ilə bağlı cinayət işi başlanıb.
Vilayət qubernatoru Vasili Anoxin yerli məktəblərin distant təhsilə keçirildiyini və uşaq bağçalarının müvəqqəti bağlandığını elan edib. Məmur yaxınlıqdakı yaşayış məntəqəsinin evakuasiya edilə biləcəyini bildirib.

Bizim.Media































































































