İrəvanın Acapnyak rayonunda bir qrup şəxs tərəfindən pulemyot və avtomat silahlardan istifadə olunaraq atışma baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə shamshyan.com və news.am nəşrləri yazıb.
Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, onlardan biri həyatını itirib. İki nəfərin vəziyyəti ağırdır.
Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Hadisənin təfərrüatları barədə əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.
Bizim.Media


































































































