İranda bir neçə idmançı saxlanıldı

İranda bir neçə idmançı saxlanıldı

Hazırda oxunan: İranda bir neçə idmançı saxlanıldı

596377

İran təhlükəsizlik qüvvələri Gilan əyalətində bir neçə idmançının evinə gecə saatlarında basqın edərək beş nəfəri saxlayıb.

Bizim.Media bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
 

Məlumata görə, basqın zamanı dörd boksçu - Milad Şahbazi, Müctəba Yəzdani, Məcid Həbibzadə və Behnam Zəfəri, habelə, "Mələvan" futbol klubunu keçmiş oyunçusu Saman Nurməhəmmədi tutulub.


Təhlükəsizlik qüvvələri evlərdə axtarış apardıqdan sonra saxlanılan şəxsləri Rəşt şəhərindəki ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat İdarəsi) İdarəsinə təhvil veriblər.

Saxlanılanların hansı ittihamlarla üzləşdiyi və hazırkı durumları ilə bağlı rəsmi açıqlama verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO