Vladivostok şəhərində 50 yaşlı kişi 80 yaşlı anasına və 58 yaşlı bacısına bıçaqla hücum etməkdə şübhəli bilinir.
Bizim.Media xəbər verir ki, Bu barədə Primorye diyarı üzrə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hadisə fevralın 13-də Yeniseyskaya küçəsində yerləşən yaşayış binasının mənzilində baş verib. İstintaqın versiyasına görə, sərxoş vəziyyətdə olan yerli sakin yaşlı anasına və böyük bacısına bıçaqla hücum edib və hər ikisini yaralayıb.
Pensioner qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Şübhəli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Hazırda ona qarşı həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. Zəruri məhkəmə-tibbi ekspertizalar təyin edilib, şahidlər dindirilir. Hadisənin təfərrüatları və başvermə səbəbləri araşdırılır.
Bizim.Media





































































































