Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

Hazırda oxunan: Türkiyədə hamı bu paranormal hadisədən danışır – VİDEO

596180

Trabzonda tövlədən buraxılan qoyunlar mikroavtobusun ətrafında dairə yaradaraq dəqiqələrlə fırlanıblar.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər kəsin təəccübünə səbəb olmuş bu görüntülər sosial şəbəkələrdə viral olub.
 

Bunu paranormal hadisə kimi dəyərləndirənlər də var. Lakin mütəxəssislər olayın elmi əsasını tapıblar. Belə ki illər öncə də Monqolustanda belə bir hadisə baş vermişdi.


Təsərrüfat sahibi əvvəlcə bir neçə qoyunun dövrə yaradaraq fırlandığını görüb. Daha sonra digər qoyunlar da onlara qoşulub. Beləcə qoyunlar düz 12 gün dövrə vurublar.

Sonradan araşdırılıb ki, “listeria monocytogenes” bakteriyası ilə çirklənmiş qidaların istehlakı nəticəsində yaranan “Listeria” xəstəliyi heyvanların dövrə vurmasına səbəb olur.
 

Xəstəlik nəticəsində beyindəki iltihab bir dairədə dönmə davranışına səbəb olur. Amma sonrakı araşdırmalar heyvanların tamamilə sağlam olduğunu üzə çıxarıb. Qoyunların niyə dövrə vurması ilə bağlı müzakirələr böyüdükcə yeni bir nəzəriyyə diqqət çəkib.


Sözügedən nəzəriyyə heyvanların daim dar bir sahədə sıxışdıqları və hirsləndikləri üçün bunu etdiyini və sürüdəki digər qoyunların da onların arxasınca getdiklərini ifadə edib.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO