Rusiya xarici işlər naziri Sergey Lavrov Vladimir Putinlə Donald Tramp arasında “əla münasibətlər” formalaşdığını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Onun sözlərinə görə, bu münasibətlər qarşılıqlı hörmət və şəxsi simpatiya əsasında qurulub.
Lavrov bildirib ki, Ankoricdə keçirilən görüşdə əldə olunmuş qarşılıqlı anlaşmanı hazırda Avropa siyasətçiləri və Ukrayna prezidenti Volodimir Zelenski pozmağa çalışırlar.
Bununla yanaşı, qeyd olunmalıdır ki, bəhs edilən “əla münasibətlər” Rusiya–Ukrayna müharibəsində ən azı atəşkəsə nail olunmasına gətirib çıxarmayıb. Əksinə, müharibə davam edir və hər gün hər iki tərəfdən çoxsaylı insanlar həyatını itirir, yaralanır və ya şikəst olur.
Döyüş əməliyyatları nəticəsində yaşayış məntəqələrinin infrastrukturu dağıdılır, kənd və qəsəbələr işıqsız və istiliksiz qalır, mülki əhali üçün humanitar vəziyyət daha da ağırlaşır.
Bizim.Media
































































































