“Rusiya Dəmir Yolları”ndan Ermənistana Azərbaycan üzərindən taxıl tədarükü ilə bağlı AÇIQLAMA

“Rusiya Dəmir Yolları”ndan Ermənistana Azərbaycan üzərindən taxıl tədarükü ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Rusiya Dəmir Yolları”ndan Ermənistana Azərbaycan üzərindən taxıl tədarükü ilə bağlı AÇIQLAMA

595715

Rusiyanın Ermənistana “Rusiya Dəmir Yolları”nın (RJD) infrastrukturu vasitəsilə taxıl tədarükü müntəzəm xarakter alıb.

Bizim.Media xəbər verir ki, bu barədə holdinqin idarə heyətinin yekun iclasından sonra RJD-nin baş direktorunun birinci müavini Sergey Pavlov məlumat verib.

Onun sözlərinə görə, şirkət bu istiqamətdə fəaliyyəti genişləndirməyi planlaşdırır.

“Hazırda tədarüklər müntəzəm xarakter daşıyır. Bu marşrut üzrə daşımaları bundan sonra da inkişaf etdirməyi planlaşdırırıq”, – məlumatda qeyd olunub.
 

Pavlov xatırladıb ki, 2025-ci ilin noyabrında uzun illərdən sonra Rusiyadan Ermənistana taxıl daşıyan ilk dəmir yolu qatarı yola salınıb. Bu, Ermənistan yüklərinin Azərbaycan ərazisindən tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasından sonra mümkün olub.


Daha əvvəl Rusiya Nəqliyyat Nazirliyi bildirmişdi ki, həmin vaxt Ermənistana ilk buğda partiyası – 15 taxıl vaqonu göndərilib. 2026-cı ilin yanvar ayının sonunadək bu marşrutla əlavə olaraq daha 132 vaqonun daşınması planlaşdırılır.

Bundan başqa, tərəflər digər növ yüklərin daşınmasının təşkili imkanlarını da müzakirə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO