Paşinyanın komandası: Solovyovun sözləri 100 faiz müxalifətə xoş gəlib

Paşinyanın komandası: Solovyovun sözləri 100 faiz müxalifətə xoş gəlib

Hazırda oxunan: Paşinyanın komandası: Solovyovun sözləri 100 faiz müxalifətə xoş gəlib

595702

Rusiya təbliğatçısı Vladimir Solovyovun bəyanatı 100 faiz müxalifətə xoş gəlib.

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin növbəti iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan vitse-spiker Ruben Rubinyan deyib.

Müxalifətin hakimiyyəti repressiyalarda ittiham etməsinə cavab verən Rubinyan bildirib:

“Biz kimə qarşı repressiya tətbiq edirik? Ermənistana qarşı hərbi əməliyyatlara çağıran Solovyova qarşı? Zarafat edirsiniz?”
 

Rubinyan son beş ildə müxalifətin, onun ifadəsilə, “təkamülünə” təəccüb etdiyini söyləyib. Onun sözlərinə görə, əvvəllər müxalifət heç olmasa Ermənistanın daxili işlərinə xarici müdaxiləyə qarşı olmadığını gizlətməyə çalışırdı, indi isə bunu açıq şəkildə nümayiş etdirir.


“Qanun çərçivəsində Ermənistanın Televiziya və Radio Komissiyasına ölkəni xarici müdaxilədən qorumaq imkanı verməyimiz pisdir? İnsanlar axmaq deyil, anlayırlar ki, siz xarici müdaxilənin birbaşa benefisiarlarısınız”, – deyə baş nazir Nikol Paşinyanın silahdaşı vurğulayıb.

Xatırladaq ki, 11 yanvarda Solovyov televiziya efirində bildirib ki, Rusiya üçün “hazırda nə Suriya, nə də Venesuela əsas məsələ deyil”, Moskva üçün “ən vacib məsələ yaxın xaricdir”.
 

O deyib: “Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən daha ağrılıdır. Ermənistanın itirilməsi – nəhəng problemdir. Mərkəzi Asiyada problem – bizim üçün nəhəng problemdir və biz məqsəd və vəzifələrimizi çox dəqiq formalaşdırmalıyıq. Oyunlar bitdi. Beynəlxalq hüquqa tüpürmək vaxtıdır.


Əgər milli təhlükəsizlik baxımından Ukrayna ərazisində (guya) “xüsusi hərbi əməliyyat” başlamaq lazım idisə, eyni məntiqlə niyə təsir zonamızın digər nöqtələrində də belə əməliyyatlara başlaya bilmərik?”.

Solovyovun bu açıqlamaları Ermənistanda siyasi müzakirələrə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO