“Turkish Airlines” şirkəti İstanbuldan İrəvana uçuşlara başlayır

“Turkish Airlines” şirkəti İstanbuldan İrəvana uçuşlara başlayır

Hazırda oxunan: “Turkish Airlines” şirkəti İstanbuldan İrəvana uçuşlara başlayır

595688

“Turkish Airlines” şirkəti 2026-cı ilin iyun ayından etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə həftədə 14-ə qədər uçuş həyata keçirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, məlumatı İrəvanda yerləşən “Zvartnots” hava limanının mətbuat xidməti yayıb.
 

Qeyd olunur ki, aviaşirkət 11 mart tarixindən etibarən gündəlik uçuşlara başlayacaq, 14 maydan uçuşların sayı həftədə 10-a, 15 iyundan isə 14-ə çatdırılacaq.


Xatırladaq ki, planlaşdırılan uçuşlar barədə məlumatı 2025-ci ilin dekabr ayında Ermənistanla münasibətlərin normallaşdırılması üzrə Türkiyə xüsusi nümayəndəsi Serdar Kılıç vermiş və bunu “növbəti bir addım” kimi qiymətləndirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO