ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

Hazırda oxunan: ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

595303

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) azı 20 hərbi təyyarəsi Azərbaycana və Ermənistana eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. 

Məlumata görə, təyyarələrin gəlişi ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfəri ilə bağlıdır.

Təyyarələrin əksəriyyəti 4-8 fevral tarixlərində Bakıya və İrəvana gəlib. Ümumilikdə, Azərbaycana 9, Ermənistana isə 12 hərbi-nəqliyyat təyyarəsi enib. Demək olar ki, bütün uçuşlar yükgötürmə qabiliyyəti 77,5 tona qədər olan “Boeing C-17A Globemaster III” ağır hərbi-nəqliyyat təyyarəsi ilə həyata keçirilib.
 

Bundan əlavə, Bakı və İrəvana ABŞ HHQ-nin xüsusi əməliyyat qüvvələri üçün ixtisaslaşdırılmış “Lockheed Martin MC-130J Commando II” hərbi-nəqliyyat təyyarələri uçub. Bu tipli daha 2 təyyarənin isə Gürcüstana eniş etdiyi bildirilir. 


Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 9-10 fevral tarixlərində Ermənistanda səfərdə olacaq. Daha sonra Vens Azərbaycana səfər edəcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO