“Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır. Eyni zamanda Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı da sənəd imzalana bilər”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı səsləndirib.
"İndiki mərhələdə hazırlıq işləri və substantiv müzakirələr qarşıdadır", - deyə o, əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan ölən 108 azərbaycanlının qalıqlarını Azərbaycana təhvil verib - PAŞİNYAN
Nikol Paşinyan Ermənistan ərazisindən keçən və Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəmir və avtomobil yollarının açılmasının vacibliyi haqda da söz açıb:
“İrəvan yol əlaqəsinin bərpası ilə bağlı təkliflər gözləyir. Bunu kağız üzərində imzalamaq lazımdır. Yollarla bağlı Azərbaycana, Rusiyaya və beynəlxalq tərəfdaşlara təkliflər vermişik. Azərbaycanın müsbət cavabı ilə biz yolların tikintisini və bərpa işlərini həyata keçirməyə hazırıq”.
Bizim.Media