Vaşinqtonda yerləşən Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən ötən ilin 22 noyabr - 5 dekabr tarixlərində Ermənistanda ictimai rəy sorğusu keçirib.
Bizim.Media “asbarez”ə istinadla xəbər verir ki, sorğu erməni əhalisinin siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə baxışının ölçülməsi məqsədilə aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan ölən 108 azərbaycanlının qalıqlarını Azərbaycana təhvil verib - PAŞİNYAN
Sorğuda Ermənistan əhalisinə ünvanlanan suallara uyğun olaraq, maraqlı cavablar ortaya çıxıb:
“Ermənistanın yanlış, yoxsa doğru istiqamətdə getdiyini düşünürsünüz?”
Sorğu iştirakçılarının 46%-i “Ermənistanın yanlış istiqamətdə getdiyini”, yalnız 34%-i isə ölkənin “düzgün istiqamətdə” getdiyini düşündüyünü bildirib.
“Siz ölkənizin xalqın əksəriyyətinin, yoxsa bəzi qrupların mənafeyinə görə idarə olunduğunu hesab edirsiniz?”
Respondent 61%-i "bəzi qrupların", yalnız 31%-i isə "çoxluğun" maraqları üçün idarə edildiyini qeyd edib.
“Aşağıdakı dövlət orqanlarının işindən nə dərəcədə razısınız və ya narazısınız?”
Sorğu nəticəsində parlamentli republika olan Ermənistanda əhalinin 67%-nin parlamentin işindən narazı olduğunu dilə gətirib.
“Ermənistanla ən yaxşı münasibətə malik ölkə hansıdır?”
Bu suala cavab olaraq, Fransa (92%), İran (80%), ABŞ (77%), Çin (75%), Avropa İttifaqı (69%), Rusiya (64%), Gürcüstan (58%), Böyük Britaniya (47%), digər (10%), Türkiyə (5%), Azərbaycan isə 3% səs toplaya bilib.
Bundan əlavə, sorğu iştirakçılarının 57%-i Rusiyanın Ermənistanın ən yaxın siyasi, 61%-i iqtisadi, 64%-i hərbi tərəfdaşı olduğunu qeyd edib.
Bunun əksinə olaraq, respondentlərin 90%-i Türkiyəni, 77%-i isə Azərbaycanı əsas siyasi təhlükə olaraq görüb. Sorğu iştirakçılarının fikrincə, Türkiyə və Azərbaycan Ermənistan üçün əsas iqtisadi və təhlükəsizlik təhdidi yaradan ölkələrdir.
“Ermənistanın inkişafı üçün hansı iki ölkə ilə münasibətləri yaxşılaşdırmaq lazımdır?”
Nəticələrə əsasən Rusiya (53%), ABŞ (35%), İran (29%), Fransa (25%) səs toplayıb.
“Ermənistan Azərbaycanla sərhədlərini heç bir başqa dövlətin köməyi olmadan müstəqil şəkildə qoruya bilərmi?”
Sorğu iştirakçılarının 46%-i “bəli” və 53%-i isə “yox” cavabını verib.
Maraqlıdır ki, “Sərhədlərinin müdafiəsində Ermənistana yardım etməyi hansı ölkəyə üstünlük verərdiniz?” – sualına respondentlər arasında ən çox Rusiya(47%) cavabı verilib.
Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasının lehinə 44%, Azərbaycanla marşrutların açılmasının lehinə 27%, Türkiyə ilə nəqliyyat əlaqələrinin bərpasının lehinə sorğu iştirakçısı səs verib.
Bizim.Media