Solovyovun dili ilə Kremlin TƏHDİD MESAJI – Rusiya-Ermənistan gərginliyi yenidən ALOVLANDI

Solovyovun dili ilə Kremlin TƏHDİD MESAJI – Rusiya-Ermənistan gərginliyi yenidən ALOVLANDI

Hazırda oxunan: Solovyovun dili ilə Kremlin TƏHDİD MESAJI – Rusiya-Ermənistan gərginliyi yenidən ALOVLANDI

590705

Rusiya və Ermənistan arasında diplomatik gərginlik yaşanıb. Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini nazirliyə çağıraraq, ona etiraz notası təqdim edib.
 

Buna səbəb isə rusiyalı jurnalist Vladimir Solovyovun televiziya efirində Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaması üçün Moskvanın güc tətbiq etməli və hətta beynəlxalq hüquqa məhəl qoymadan hərbi əməliyyatlar keçirməli olduğunu bildirməsi olub.


Solovyovun bu sözləri Ermənistanın suverenliyinə düşmənçilik və qəbulolunmaz hesab edilib.

İrəvan hesab edir ki, bu, Rusiya-Ermənistan dostluğunun əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır. 

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan isə Solovyovun açıqlamalarına sərt reaksiya verərək onu "it” adlandırıb. O, “it” deyərkən Solovyovu nəzərdə tutaraq, qeyd edib ki, "it hürür, karvan gedir”.

Maraqlıdır, görəsən nə baş verir?

Bizim.Media
-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, İrəvanla Moskva arasında, Solovyovun məlum açıqlaması fonunda, yaşanan gərginlik Rusiyanın kənarda qalması ilə Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzənin formalaşmasından qaynaqlanır:
 

“Proses məlumdur. Moskva ilə yaşanan gərginlik Ermənistanın son dövrlər Avropa İttifaqı və ABŞ-la münasibətləri daha da gücləndirməsilə bağlıdır. Hansı ki, bu amillər Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflədir. Moskvada isə bu prosesi çağırış kimi dəyərləndirirlər. Diplomatik gərginlik də məhz bunun üzərindən başlayıb. Rusiya təsirini qoruyub saxlamaq üçün Solovyovun dililə danışır, İrəvanın geosiyasi kursunu dəyişdirməsinə kəskin mövqe qoyur”.


Ekspert qeyd edib ki, Solovyov tərəfindən burada təkcə Ermənistanın adı çəkilsə də, bununla həm də digər postsovet ölkələrinə də xəbərdarlıq edilir:

“Müşahidlərimə görə, İrəvan-Moskva münasibətləri açıq narazılıq səviyyəsinə keçib. Regionda da sözsüz ki, yeni güc balansı formalaşır. Türkiyənin, Qərb ölkələrinin regiondakı rolu artır. İranın da rolu Ermənistana görə artır. Bunlar artdıqca da, Rusiyanın güclülərin yanındakı gücü zəifləyir. Ona görə də istər-istəməz Rusiyasız Qafqazda yeni geosiyasi düzən formalaşır. Həmin proseslər də məhz bu amillərin nəticəsi olaraq yaşanır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO