Maduronun Türkiyəyə sürgün edilməsi ilə bağlı Ankaradan AÇIQLAMA

Maduronun Türkiyəyə sürgün edilməsi ilə bağlı Ankaradan AÇIQLAMA

Hazırda oxunan: Maduronun Türkiyəyə sürgün edilməsi ilə bağlı Ankaradan AÇIQLAMA

588938

Ankara ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduroya Türkiyəyə sürgün olunmaqla bağlı ultimatum verdiyi barədə məlumata malik olmadığını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

 ABŞ Maduroya Türkiyədə sığınacaq təklif edibmiş


Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti” Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, belə bir məlumat Ankaraya məlum deyil və onun haradan yayıldığı anlaşılmır.
 

Bundan əvvəl xarici KİV-lərdə yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela lideri Nikolas Maduroya vəzifədən getməyi və Türkiyəyə sürgün olunmağı təklif edib.


Nikolas Maduro bu ultimatumdan imtina edib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.
 

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.


Ölkədə fövqəladə vəziyyət elan edilib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO