Daşnaksütyun partiyasının toplantısına kimlər qatılıb? – İşxan Verdiyandan TƏHLİL

Daşnaksütyun partiyasının toplantısına kimlər qatılıb? – İşxan Verdiyandan TƏHLİL

Hazırda oxunan: Daşnaksütyun partiyasının toplantısına kimlər qatılıb? – İşxan Verdiyandan TƏHLİL

0:00
0:00
58876

Xəbər verdiyimiz kimi, İrəvan şəhərində Daşnaksütyun partiyasının yubiley toplantısı keçirilib. 

Bizim.Media xəbər verir ki, erməni bloger İşxan Verdiyan bununla bağlı özünün Facebook səhifəsində foto paylaşıb və görüntülərdə ön sırada yer alan “siyasətçilər”in iç üzünü açıb.

“1. Artur Vanetsyan - Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri (Krım kimindir? Krım bizimdir!),

2. Qaqik Tsarukyan - Ermənistanın ən zəngin oliqarxıdır,

3. Bako Saakyan – “Qarabağ”ın (qondarma “Artsax” rejimi nəzərdə tutulur) keçmiş prezidenti,

4. Serj Sarkisyan - Ermənistanın keçmiş prezidenti,

5. İşxan Saqatelyan - Ermənistanda Daşnaksütyun Partiyasının İdarə Heyətinin üzvü,

6. kimin olduğu aydın deyil

7. Robert Köçəryan - Ermənistanın keçmiş prezidenti,

8. kimin olduğu aydın deyil

9. Erməni Apostol Kilsəsinin nümayəndəsi, kimin olduğu aydın deyil. 

Bu fotoda bütün suallara cavab verilir. Əlavə ediləcək bir şey yoxdur”, deyə o, qeyd edib.

Xatırladaq ki, Erməni İnqilabi Federasiyası, Daşnaksutyun ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biridir. 1890-cı ildə Tiflisdə yaradılıb.

Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir.

Partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanıb.

Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq olub.

Daşnaksutyunun tələbləri illərdən bəri dəyişməyib, partiya əvvəllər olduğu kimi Türkiyədən qondarma erməni soyqırımını tanımağı, ermənilərə təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayəti Ermənistana verməyi tələb edir.

Azərbaycana qarşı isə ərazi iddiaları davam edir, işğal olunmuş ərazilərdən (hazırda həmin bölgələrə rus sülhməramlıları nəzarət edir) savayı daşnaklar keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun cənub hissəsi) ərazisinə və Naxçıvan muxtar respublikasının ərazilərinə iddialıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO