Ermənistan Baş naziri Nikol Paşinyan mart ayında Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay "A Haber"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq.
“Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - deyə Fuat Oktay vurğulayıb.
Türkiyənin vitse-prezidenti vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.
Bizim.Media
- A-
- A
- A+
Region
09:33 / 05.02.2022
Paşinyanın Türkiyəyə səfər edəcəyi tarix açıqlandı - RƏSMİ
Hazırda oxunan: Paşinyanın Türkiyəyə səfər edəcəyi tarix açıqlandı - RƏSMİ
Hazırda oxunan: Paşinyanın Türkiyəyə səfər edəcəyi tarix açıqlandı - RƏSMİ
58723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.