Ermənistanın Sünik bölgəsindəki Qarakilsə şəhərində din xadimi Baş nazir Nikol Paşinyanla görüşməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial medianın erməni seqmentində görüntülər yayılıb.
Belə ki, kilsə xadiminə əl uzadan Paşinyanın əli havada qalıb.
Kadrlarda Paşinyanın rahibin yanına gedərək salamlaşarkən əlini ona uzatdığı əks olunur. Lakin ona əl verməkdən imtina edilib və kilsədən çıxmasına işarə olunub.
Qeyd edək ki, Ermənistanın Baş naziri Sünik bölgəsinə gedib. Paşinyanın səfərinə etiraz olaraq sakinlər yolları bağlayıblar.
Bizim.Media