Ötən gecə Ukrayna Rusiyanın müxtəlif regionlarına, həmçinin işğal altında olan Krıma çoxsaylı dron və raket zərbələri endirib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaroslavl, Krasnodar diyarı və Volqoqrad vilayətindəki neft emalı zavodlarına hücumlar yanğınla nəticələnib.
Yerli sakinlər naməlum dronların Slavneft-YANOS neft emalı zavoduna hücum etdiyinə dair məlumatlar yayıblar. Partlayışlar Krasnodar diyarının Afipski kəndində də eşidilib.
Yerli ictimai qruplar şahidlərə istinadən yerli neft emalı zavoduna zərbə endirildiyini bildiriblər.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov isı bildirib ki, Uryupinskdəki neft anbarında yanğın başlayıb:
"Uryupinskdə PUA-nın vurulması nəticəsində neft anbarında yanğın qeydə alınıb.
Yanğınsöndürənlər, təcili yardım xidmətləri və bələdiyyə rəsmiləri hadisə yerində işləyirlər. Anbara bitişik evlərin sakinləri təxliyə olunur və Uryupinskaya Oteli bələdiyyə unitar müəssisəsində müvəqqəti təcili yardım mərkəzi yaradılıb".
Viloyat qubernatoru əlavə edib ki, ilkin məlumatlara görə, itki yoxdur.
Şahidlərin və yerli Telegram kanallarının məlumatına görə, Krımda da kütləvi hava hücumları qeydə alınıb:
Feodosiyada güclü partlayışlar baş verib və dronlar neft anbarına hücum edib;
Raketlər və hücum dronları Krasnoperekopsk rayonu və Simferopol üzərindən uçub və yerli sakinlər atəş səsləri və partlayışlar eşidiblər; Saki və Saki rayonunda bir neçə güclü partlayış qeydə alınıb;
Şahidlərin sözlərinə görə, Simferopolda, dövlət rayon elektrik stansiyasının yaxınlığında, dronların və hərbi təyyarələrin uçuşları zamanı partlayışlar və yanğın baş verib; Qvardeyski və Cankoy rayonlarında yerli sakinlər dronlara xaotik atəş açıldığını və güclü partlayışlar olduğunu bildiriblər.
Bundan əlavə, Moskva və Peterburq vilayətinə də dron hücumları qeydə alınıb, Sank-Peterburq və paytaxt aeroportlarının işi dayandırılıb.


Bizim.Media
































































































