Polislər Paşinyana tabe olmaqdan imtina edirlər

Polislər Paşinyana tabe olmaqdan imtina edirlər

Hazırda oxunan: Polislər Paşinyana tabe olmaqdan imtina edirlər

5852

Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus bələdiyyə sədri Aruşa Aruşanyanı həbs etmək üçün ilk olaraq bölgə polisinə əmr verib. 

Bizim.Media “Mediaport” teleqram kanalına istinadən xəbər verir ki, Sünik bölgə polisləri bələdiyyə sədrini həbs etməkdən boyun qaçırdıqdan sonra, bu missiyanı yerinə yetirmək üçün İrəvandan xüsusi təyinatlı dəstə gəlib.

Xatırladaq ki, Aruşa Aruşanyan Paşinyanın bölgəyə səfər etməsinə etiraz olaraq, Sünik əhalisini yolları bağlamağı çağırıb. O, “Facebook” səhifəsindən “Sizə səslənirəm, Sünik əhalisi, gəlin etiraz edib, xaini bölgəyə buraxmayaq”, - deyə insanları Baş nazirə qarşı provakasiyaya səsləyib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO