Ermənistan prezidentliyinə namizəddən SÜLH ÇAĞIRIŞI

Ermənistan prezidentliyinə namizəddən SÜLH ÇAĞIRIŞI

Hazırda oxunan: Ermənistan prezidentliyinə namizəddən SÜLH ÇAĞIRIŞI

58410

Hakim “Mülki Müqavilə” partiyasından Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçaturyan Azərbaycan və Türkiyə ilə münasibətlərin gələcəyi barəsində fikirlərini bölüşüb.

Bizim.Media Ermənistan ictimai televiziyasına istinadən xəbər verir ki, prezidentliyə namizəd qonşu ölkələrlə sülh şəraitində yaşamağın vacibliyini qeyd edib. 

"Qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür və lazımdır. "Sülhün mühafizəsi” tezisi köhnəlib. Hamımız bilməliyik ki, sülh inkişafın və yaşamın yeganə formasıdır. Məcbur etməklə heç nəyə nail olmaq olmaz. Biz çox güclü olsaq belə, yenə də sülhə can atmalıyıq”, - deyə Xaçaturyan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO