Rusiyaya qarşı sanksiyalar ölkəmizə ciddi zərbə vuracaq - Ermənistan Mərkəzi Bankının rəhbəri

Rusiyaya qarşı sanksiyalar ölkəmizə ciddi zərbə vuracaq - Ermənistan Mərkəzi Bankının rəhbəri

Hazırda oxunan: Rusiyaya qarşı sanksiyalar ölkəmizə ciddi zərbə vuracaq - Ermənistan Mərkəzi Bankının rəhbəri

58184

Rusiyanın SWIFT banklararası telekommunikasiya sistemindən ayrılması Ermənistandakı vəziyyətə pis təsir edə bilər. 

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Martin Qalstyan ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyaları ilə bağlı sualı cavablandırarkən deyib.

“Ümumilikdə, Ukraynada münaqişənin mümkün gərginləşməsi Ermənistan üçün ən ciddi risklərdən biridir”, - deyə o, əlavə edib.

“Bu və ya digər şəkildə biz güman edirik ki, nə vaxtsa gərginlik səngiməyə başlayacaq”, - Qalstyan bildirib.

"Bizim üçün bu, Ermənistanla Rusiya arasında iqtisadi əlaqələri nəzərə alsaq, çox vacib amildir. Bir neçə ehtimal ssenari var, lakin hələlik dəqiqlik yoxdur, gözləmək lazımdır", - o deyib.
Rusiya bankları SWIFT-dən kəsilsə, Ermənistan üçün hansı nəticələr olacaq sualına Qalstyan bir kəlmə ilə cavab verib: “Ağır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO