Qaziantep lahmacunu Aİ-dən coğrafi göstərici qeydiyyatı ALDI

Qaziantep lahmacunu Aİ-dən coğrafi göstərici qeydiyyatı ALDI

Hazırda oxunan: Qaziantep lahmacunu Aİ-dən coğrafi göstərici qeydiyyatı ALDI

579299

Avropa İttifaqı (Aİ) Türkiyənin Qaziantep vilayətində hazırlanan lahmacunu coğrafi göstərici ilə qorunan məhsul kimi tanıyıb.

Bizim.Media xəbər verir ki, bu, şəhərin status alan artıq beşinci qastronomik məhsuludur.

“Qaziantep Ticarət Birjası” (GTB) İdarə Heyətinin sədri Mehmet Akıncı mövzu ilə bağlı açıqlamasında qərarı böyük sevinclə qarşıladıqlarını bildirib. Akıncı vurğulayıb ki, bu cür qeydiyyat mədəni irsin dünyaya tanıdılması deməkdir.

O deyib: “Antep lahmacunu təkcə qazianteplilərin deyil, ölkəmizin də qürur mənbəyidir.
 

Bu tescil onun mənşəyi, istehsal üsulu və mədəni bağlılıqları ilə birlikdə bütöv şəkildə Qaziantepə aid olduğunu bütün dünyaya təsdiqlədi.


Artıq hər bir ustamızın zəhməti, hər bir sobanın qoxusu Avropada da Qaziantep adı ilə anılacaq.”

Qeyd edək ki, əvvəlki illərdə Aİ tərəfindən Qaziantep paxlavası, Araban sarımsağı, menengiç qəhvəsi və fıstıq əzməsi qeydiyyatdan keçirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO