II Qareginin dünən saxlanılan qardaşı və qardaşı oğlu DİNDİRİLDİ

II Qareginin dünən saxlanılan qardaşı və qardaşı oğlu DİNDİRİLDİ

Hazırda oxunan: II Qareginin dünən saxlanılan qardaşı və qardaşı oğlu DİNDİRİLDİ

578594

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu – Gevorq Nersisyan və Ambarstum Nersisyan ifadə veriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri vəkilə istinadla məlumat yayıb.
 

“Gevorq Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılıblar. Onlar ifadə veriblər, ifadənin videogörüntüsü istintaqçıya təqdim olunub. Biz qərarı gözləyirik. 12 saat ərzində ya onların barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilməli, ya da azad olunmalıdırlar”, – deyə vəkil Ara Zohrabyan sosial şəbəkədə yazıb.


Xatırladaq ki, bir gün əvvəl Gevorq Nersisyan və onun oğlu Ambarstum Nersisyan xuliqanlıqda və təbliğat kampaniyasının aparılmasına mane olmaqda ittiham olunaraq saxlanılmışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO