Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında üçtərəfli görüş keçirilib.
Müzakirə olunan məsələlər
Görüşdə 3 ölkə arasında arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, habelə üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Həmçinin, regionun tranzit potensialının inkişafı üzrə səylərin genişləndirilməsinin vacibliyi qeyd olunub. Bu fonda nəqliyyat kommunikasiyalarının inkişafı və şaxələndirilməsinə yönəlik layihələrin sürətləndirilməsi, "Şimal-Cənub" dəhlizi dəhlizi boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, görüşdə "Şimal-Cənub" dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi də qeyd edilib.
Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Bundan əlavə, 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması nəzərdə tutulub.
Görüş əsnasında Araz çayı üzərində "Ağbənd-Kəlalə" avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyi qeyd edilib.
Şimal-Cənub dəhlizinin reallaşması hansı perspektivləri vəd edir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki,
Şimal-Cənub dəhlizi üzrə ticarət dövriyyəsini bir il ərzində 10 milyard dollara qədər yüksəldə bilərik:
“Şimal və cənub qonşularımızın hər ikisi hazırda xarici siyasət sahəsində ciddi problemlərlə üz-üzədirlər. Həm Rusiya, həm də İran Qərblə özləri arasında “Çin səddi” çəkiblər. Ortada yalnız tarazlı və özünün, habelə regionun, Şərqlə, Qərbin maraqlarına cavab verən xarici siyasət yürüdən Azərbaycan qalır. Dünyada məhsuldar həyat tərzini təmin etmək üçün sülh lazımdır. Bu nöqteyi-nəzərdən sülhə və iqtisadi inkişafa aparan hər bir danışıqların qiyməti əvəzsizdir”.
Həmsöhbətimizin fikrincə, Şimal-Cənub dəhlizinin reallaşması ilə iqtisadi cazibə artacaq, yeni iş yerləri açılacaq, sərhədlərdə sözün yaxşı mənasında ticarət sıxlığı yaranacaq:
“Nəticədə ticarət dövriyyəsi artacaq, istehsal şaxələnəcək və kənd təsərrüfatı məhsullarımızın sənaye-emal səviyyəsində iqtisadi dövriyyəyə cəlb edilməsinə müsbət mənada təsir edəcək”.
İqtisadçı qeyd edir ki, bu dəhlizdən hamıya yüksək səviyyədə pay düşəcək:
“Eyni zamanda, unutmayaq ki, Şimal-Cənub dəhlizi üzrə ticarət dövriyyəsinin həcmi həddən artıq yüksəkdir. Bu əsasda deyə bilərik ki, İran, Ermənistan, Gürcüstan ərzisindən bu məhsullar gecə-gündüz dayanmadan daşınsa belə, yenə də onlar bunun öhdəsindən gələ bilməyəcəklər. Ona görə də hər bir tərəf bu üstünlüyü dərk etməlidir.
Burada hamıya yüksək səviyyədə pay düşəcək. Atılan bu cür addımlar nəticəsində məsələyə tam məsuliyyətlə yanaşılsa, Şimal-Cənub dəhlizi üzrə ticarət dövriyyəsini bir il ərzində 10 milyard dollara qədər yüksəldə bilərik”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Region
15:00 / 14.10.2025
Milyardlarla gəlir gətirə biləcək LAYİHƏ – Şimal-Cənub dəhlizinin PERSPEKTİVLƏRİ
Hazırda oxunan: Milyardlarla gəlir gətirə biləcək LAYİHƏ – Şimal-Cənub dəhlizinin PERSPEKTİVLƏRİ
Hazırda oxunan: Milyardlarla gəlir gətirə biləcək LAYİHƏ – Şimal-Cənub dəhlizinin PERSPEKTİVLƏRİ
575222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.