MDB iclasında Putin və Paşinyan arasında fikir ayrılığı – VİDEO

MDB iclasında Putin və Paşinyan arasında fikir ayrılığı – VİDEO

Hazırda oxunan: MDB iclasında Putin və Paşinyan arasında fikir ayrılığı – VİDEO

574549

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti çərçivəsində fikir ayrılığı yaşanıb.

Bizim.Media xəbər verir ki, fikir ayrılığı iki ölkə arasında ticarət dövriyyəsinin həcminin qiymətləndirilməsi səbəbindən baş verib.

MDB ölkələri ilə ticarət dövriyyəsinin artımından danışan Vladimir Putin Ermənistanı nümunə göstərmək istəyib və Paşinyandan cari ilin göstəricilərini soruşub.
 

Nikol Paşinyan ticarət dövriyyəsinin 4 milyard dollar olduğunu bildirib. Lakin Putin bu rəqəmlə razılaşmayaraq, ötən ilin göstəricisini dəqiqləşdirmək istəyib. Paşinyan ötən ilin ticarət dövriyyəsini 9 milyard dollar səviyyəsində qiymətləndirib.


Rusiya Prezidenti isə həm cari, həm də ötən il üzrə iki ölkə arasında ticarət dövriyyəsinin bundan daha yüksək olduğunu qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO