Türkiyəli aktrisa Fatma Girik son mənzilə yola salındı - FOTO

Türkiyəli aktrisa Fatma Girik son mənzilə yola salındı - FOTO

Hazırda oxunan: Türkiyəli aktrisa Fatma Girik son mənzilə yola salındı - FOTO

57416

1989-1994-cü illərdə bələdiyyə sədri olduğu Şişli Bələdiyyəsində çoxlu orqan çatışmazlığından bazar ertəsi dünyasını dəyişən Türkiyənin kino aktrisası Fatma Girik üçün mərasim keçirilib.

Bizim.Media “gazetevatan.com” saytına istinadən xəbər verir ki, Türk kinosunun "Dörd yarpaqlı yonca" filminin mavi gözlü sultanı bu gün son mənzilinə yola salınıb.

“Cemal Reşit Rey” konsert salonunda çıxışı zamanı duyğulu anlar yaşadan Hülya Koçyiğit "Fatma üçün çox darıxacağıq" deyib.

Fatma Girikin Türk Bayrağına bükülmüş tabutu Şişli Bələdiyyəsinin salonuna gətirilib. Mərasimə Fatma Girikin bacısı Günay Girik, övladlığa götürdüyü qızı Fatma Ahu Turanlı, CHP-nin Qrup Başkan yardımçısı Engin Altay, CHP-nin İstanbul üzrə Başkanı Canan Kaftancıoğlu, Şişli Bələdiyyə Başçısı Muammer Keskin, bələdiyyə işçiləri və pərəstişkarları qatılıb.

Övladlığa götürdüyü qızı Fatma Ahu Turanlı bunları bildirib:

"Fatma anam Şişlidə çox zəhmət çəkdi. Mən uşaq olanda Şişli bələdiyyə başqanı olanda onu evdə görmək çox çətin idi. Evdə olmurdu, heç həftənin sonlarında da. Səhər yeddidə durub işçilərlə yolları yumağa gedirdi”.

Qeyd edək ki, mərasimdən sonra o, Bodrumda həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO