Paşinyan niyə qəfildən koronavirusa yoluxdu? - Erməni mediası iki səbəb göstərdi

Paşinyan niyə qəfildən koronavirusa yoluxdu? - Erməni mediası iki səbəb göstərdi

Hazırda oxunan: Paşinyan niyə qəfildən koronavirusa yoluxdu? - Erməni mediası iki səbəb göstərdi

57367

Baş nazir Nikol Paşinyanın yenidən koronavirusa yoluxması faktı ölkənin siyasi dairələrində fəal müzakirə olunur. Ermənistanda onun yoluxması şübhəli hesab olunur.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Qraparak” yayıb.

“Əgər Paşinyan simptomsuzdursa, sual yaranır: niyə birdən-birə koronavirusa yoluxduğundan şübhələnib və testlərdən keçib? Paşinyan heç bir səbəb olmadan müayinədən keçir və həkimlərə müraciət edir?”, – məqalə müəllifi soruşur.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan xarici işlər nazirinə yeni müavin təyin etdi - FOTO


Qəzetin qeyd etdiyi kimi, bir versiyaya görə, Paşinyan ya onun üçün arzuolunmaz olan xarici səfərlərdən yayınır, ya da başqa bir versiyaya görə, səbəb Ordu Gününün qeyd olunmasıdır.

Yanvarın 28-də İdman-Konsert Kompleksində Ermənistan ordusunun veteranlarının da iştirak edəcəyi tədbir planlaşdırılır:

“Deyirlər ki, Paşinyanın iştirakı ilə təsirli səhnələr hazırlamaq planlaşdırılırdı, amma hərbçilər buna razı olmayıblar. Paşinyan isə tədbirdə “sıravı əsgər” kimi iştirak etməyi məqsədəuyğun saymayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO