İranlı insan haqları müdafiəçisi Nərgiz Məhəmmədiyə qarşı 8 il 2 ay həbs, 74 şallaq zərbəsi, sürgün və bir çox qadağa cəzası çıxarılıb.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, N.Məhəmmədi dünən ailəsi ilə əlaqə saxlayaraq ona qarşı çıxarılmış hökmün detalları ilə bağlı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Güneyli fəal yenidən həbsxanaya qaytarıldı - FOTO
Bu barədə onun həyat yoldaşı Tağı Rəhmani məlumat yayıb.
"Nərgiz Məhəmmədiyə qarşı 8 il 2 ay həbs, 74 şallaq zərbəsi, 2 il Tehrandan sürgün, təşkilatlar və partiyalarda 2 illik fəaliyyət qadağası, eləcə də sosial şəbəkələrə girmək və müsahibə verməklə bağlı 2 il qadağa cəzaları verilib", -deyə T.Rəhmani əlavə edib.
Nərgiz Məhəmmədiyə qarşı çıxarılmış əvvəlki hökmlər də qüvvədə qalır.
Bizim.Media