Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefa məktubunu xaricdə yazıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatının yazılı sorğusuna cavab olaraq prezident aparatından məlumat verilib.
Prezident aparatı Sarkisyanın xaricdə ərizə yazmasını tibbi müayinənin dayandırılmasının mümkünsüzlüyü ilə izah edib.
MÖVZU İLƏ BAĞLI:
Armen Sarkisyanın xarici vətəndaşlığı yoxlanılır – QANUNSUZ PREZİDENT OLUB
“Prezident məzuniyyətdədir və onu Ermənistandan kənarda keçirir. Xaricdə tibbi müayinədən keçməsi onun uzun illər əvvəl ağır xəstəliyə düçar olması, bundan sonra xəstəliyini yaxşı bilən bir qrup həkimin daimi nəzarətində olması ilə bağlıdır”, - deyə Prezident Aparatından bildirilib.
Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və bildirib ki, Ermənistan Konstitusiyası onun potensialından istifadə edərək daxili və xarici siyasət problemlərini sistemli həll etmək imkanı vermir.
Bizim.Media