Paşinyana qarşı daha bir İTTİHAM: Ermənistan prezidentinin ikili vətəndaşlığını gizlədib

Paşinyana qarşı daha bir İTTİHAM: Ermənistan prezidentinin ikili vətəndaşlığını gizlədib

Hazırda oxunan: Paşinyana qarşı daha bir İTTİHAM: Ermənistan prezidentinin ikili vətəndaşlığını gizlədib

57075

Ermənistanın baş naziri Nikol Paşinyan cinayətdə şərik kimi cavab verməlidir. 

Bizim.Media “Armenia Today” nəşrinə istinadən xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə “Ermənistan” müxalifət fraksiyasından olan deputat Aqnes Xamoyan Ermənistan prezidenti Armen Sarkisyanın vaxtilə başqa dövlətin vətəndaşı olduğunu gizlətməsi ilə bağlı mətbuatda dərc olunan məlumatı şərh edərkən deyib.

"Paşinyan cinayətin ortağıdır, çünki bu faktı bilə-bilə bütün bu illər ərzində susub", - Aqnes Xamoyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni qadından Paşinyana sülh çağırışı: "Bizə boş-boş vədlər lazım deyil"


“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan isə öz növbəsində vurğulayıb ki, Ermənistanın hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq dərhal cinayət işi qaldırmalı və ikili vətəndaşlıq faktının prezident tərəfindən gizlədilməsinə töhfə vermiş şəxslərə qarşı cinayət işi qaldırmalıdır. 

“Bu şəxslərin bütün dairəsi müəyyən edilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir”, - Minasyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO