Rusiya Gürcüstanla münasibətlərin normallaşmasını istəyir, lakin bu proses ikitərəfli olmalıdır.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Rusiya gürcü radikallarının məlum təxribatına cavab olaraq bəzi məhdudiyyətləri qəbul etməyə məcbur oldu.
Eyni zamanda biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud fikir ayrılıqlarının aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalırıq. Bu, hər iki xalqın maraqlarına uyğundur. Bununla belə, bu proses ikitərəfli olmalıdır. Biz çox ümid edirik ki, Gürcüstan hakimiyyəti keçmişdən dərs alacaq və Rusiyaya qarşı daha balanslı siyasət aparacaq”, - bəyanatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Region
14:36 / 21.01.2022
Rusiya Gürcüstanla münasibətlərin normallaşmasını istəyir – LAKİN…
Hazırda oxunan: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasını istəyir – LAKİN…
Hazırda oxunan: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasını istəyir – LAKİN…
56491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.