Ermənistan baş naziri Nikol Paşinyan Rusiya ilə bütün əlaqələri qırmaq istəyir.
Bizim.Media rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə VETO təşkilatının rəhbəri Narek Malyan Facebook səhifəsindəki canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, Paşinyan Hadrut bölgəsindəki iki kəndin nəzarətin itirilməsi barədə məlumat aldıqda saxta separatçı rejimin başçısı Araik Harutyunyandan Rusiya sülhməramlılarına qarşı etiraz aksiyası keçirilməsini tələb edib.
Lakin Harutyunyan belə bir əmri yerinə yetirməkdən qəti şəkildə imtina edib. Bundan hiddətlənən Paşinyan Rusiyaya və onun rəhbərliyinə qarşı ədəbsiz ifadələr işlədib.
Malyanın dediyinə görə, tezliklə Paşinyana bu “cəsarətli” hərəkətinə görə, izahatını almaq üçün Kremldən zəng gəlib. Baş nazir Moskvanın təzyiq zənginə cavab olaraq, 102-ci Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq, eləcə də KTMT və Aİİ-dən imtina etmək niyyətinin olduğunu açıqlayıb. Müharibə zamanı KTMT-dən dəstək ala bilməyən Paşiniyan bu qurumun Ermənistanın təhlükəsizliyinə qarant olmadığını da bəhanə gətirib.
İşin hansı nəticə ilə bitdiyi barədə məlumat verməyən Malyan, Paşinyanın bu addımı ilə Rusiyanı Ermənistandan küsdürməyə niyyətli olduğunu ortaya qoyur.
Bəzi ekspertlərin fikrinə görə isə Paşiniyan son günlər Qərbdən aldığı dəstəkdən ruhlanaraq Rusiya ilə yenidən sətr oyunlar oynamaq fikrindədir. Buna ABŞ rəsmilərinin göstərişləri və “Rusiyanın Qrabağda varlığı daimi sülhü təmin edə bilməz”, “hazırkı sürüşkən optimizm” kimi açıqlamaları da güc verir.
Ondan başqa Ermənistanda Rusiyameyilli qüvvələrin Paşiniyanı devirməkdə israrlı hərəkətləri də əsas verir. Paşiniyan bilir ki, bu qüvvələrə verilən konkret tapşırıq onu hakimiyyətdən uzaqlaşdırmaqdır.
Bu səbəblərdən Ermənistanın baş naziri Qarabağda ən həssas nöqtələrə təsir edərək Rusiyanı duruxdurmaq fikrindədir. Yaxın günlərdə sülhməramlılara qarşı hər hansı təxribat xarakterli addımlar atılarsa, bunun Nikol tərəfindən qarışdırıldığına heç kim şübhə etməyəcək.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Region
15:42 / 18.12.2020
Erməni ekspert: Paşinyan Qarabağda sülhməramlılara qarşı təxribat hazırlayır
Hazırda oxunan: Erməni ekspert: Paşinyan Qarabağda sülhməramlılara qarşı təxribat hazırlayır
Hazırda oxunan: Erməni ekspert: Paşinyan Qarabağda sülhməramlılara qarşı təxribat hazırlayır
5629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.