Erməni xüsusi xidmət orqanları ölkədə qanlı üsyan anonsunu verdi

Erməni xüsusi xidmət orqanları ölkədə qanlı üsyan anonsunu verdi

Hazırda oxunan: Erməni xüsusi xidmət orqanları ölkədə qanlı üsyan anonsunu verdi

5549

Ermənistan Milli Təhlükəsizlik Xidməti vətəndaşları daxili vəziyyəti sabitləşdirmək cəhdlərindən xəbərdar edən bəyanat yayıb.

Bizim.Media “Sputnik Armenia” saytına istnadən xəbər verir ki, Ermənistanda kütləvi iğtişaşların əsl təhlükəsi yaranıb. Erməni kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlara görə, ölkənin ayrı-ayrı yerlərində silahlı qruplaşmaların toplanması xəbərləri gəlir. 

Son günlər fəallaşan erməni müxalifəti bununla bağlı bəzi xarici ölkələrlə danışıqlar da aparır. Silahlı qruplaşmaların İrandan dəstək alaması haqda məlumatlar da var. İran Paşiniyanın qol çəkdiyi təslim aktından sonra vəziyyətdən çox narazıdır və silahlı çevrilişə dəstək vermək fikrindədir.

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Moskvaya səfəri də bu məsələlərin tərkib hissəsi kimi qiymətləndirilir.

Xüsusi Xidmət orqanları xəbərdarlıq edib ki, bu baxımdan ölkə vətəndaşlarının həyatına və sağlamlığına təhlükə yarada biləcək ağır vəziyyət formalaşmaqdadır.

Ermənistan Milli Təhlükəsizlik Şurası isə vəziyyətə tam nəzarət etdiklərini və dövlətçilik, konstitusiya quruluşu ilə bağlı hər hansı bir cərəyanı neytrallaşdırmaq qətiyyətində olduqlarını bildiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO