Paşinyandan sərhəddəki atışma ilə bağlı açıqlama: “Güclü əsəblərə ehtiyacımız var”

Paşinyandan sərhəddəki atışma ilə bağlı açıqlama: “Güclü əsəblərə ehtiyacımız var”

Hazırda oxunan: Paşinyandan sərhəddəki atışma ilə bağlı açıqlama: “Güclü əsəblərə ehtiyacımız var”

55176

Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin bu gün, yanvarın 13-də keçirilən iclasında Azərbaycanla sərhəddə son gərginliyi şərh edərkən ölkəsinin Cənubi Qafqazın sülh yolu ilə inkişafına sadiq olduğunu bəyan edib. 

Bizim.Media xəbər verir ki, Ermənistan hökumətinin başçısı İrəvanın regionda “sülh dövrü” gündəmini təşviq etmək kursunu təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyan “Artsax”ın Azərbaycana verilməsi planını sona çatdırır” – Erməni deputat


“Təəssüf ki, sərhəddə insan tələfatı ilə nəticələnən insidentlər davam edir. Biz öz siyasətimizi bəyan etmişik. Mən iki şey haqqında danışdım və bu, hökumətin proqramında öz əksini tapıb. Ölkəmizin müdafiə qabiliyyətini ardıcıl surətdə artırmaq bizim qarşımızda duran əsas vəzifələrdəndir. Amma digər tərəfdən, mən dedim ki, Ermənistan və region üçün elan etdiyimiz dinc inkişaf gündəmini açmaq üçün güclü əsəblərə ehtiyacımız var”. Ermənistan KİV-i Paşinyanın sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, çoxları bunun qeyri-mümkün olduğunu sübut etməyə çalışacaq:

“Lakin biz ardıcıl olaraq bu yolla gedəcəyik və ölkəmizin ətrafında sabit və təhlükəsiz mühitin yaradılması üçün hər şeyi etməliyik”.

Xatırladaq ki, yanvarın 11-də Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən silahlı təxribat törədilib. Azərbaycan ordusunun postuna hücum zamanı hərbçi Ayaz Nəzərov şəhid olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO