Rusiyalı aparıcı Azərbaycandan üzr istədi - VİDEO

Rusiyalı aparıcı Azərbaycandan üzr istədi - VİDEO

Hazırda oxunan: Rusiyalı aparıcı Azərbaycandan üzr istədi - VİDEO

55112

“Versus Battle” rep platformasının yaradıcısı, “Restorator” kimi tanınan Aleksandr Timartsev Qarabağla bağlı söylədiyi sözlərə görə azərbaycanlılardan üzr istəyib.

Bizim.Media lenta.ru saytına istinadən xəbər verir ki, bu mövzuda video onun İnstagram hekayəsində yer alıb.

“Mən bütün Azərbaycan sakinlərindən üzr istəyirəm. Sizə yalnız sevgi və hörmətim var. Çox sərxoş idim və nə dediyimi xatırlamıram. Mən sizi çox sevirəm, bu hərəkətimə görə məni bağışlayın. Niyə belə dediyimi bilmirəm. Azərbaycana qarşı ən böyük sevgim var. Mən bir daha üzr istəyirəm”, - restorator bildirib.

Söhbət bu yaxınlarda TikTok və bir sıra Telegram kanallarında yayımlanan 2020-ci ilin videosundan gedir.

Xatırladaq ki, o, Ermənistandan olan dostları ilə ziyafətdə Azərbaycan sakinlərindən Qarabağdan əl çəkməyi tələb edərək mahnı oxuyub.

Timartsevin sözlərinə görə, video bir il əvvəl çəkilib və yalnız indi şəbəkəyə daxil olub, onu başqa şəxs yükləyib.

Qeyd edək ki, rusiyalı aparıcı, aktyor Aleksandr Timartsev 28 iyul 1988-ci ildə Rusiyanın Murmansk şəhərində anadan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO