Türkiyə istehsalı olan "Anka" PUA-sı yeni rekorda imza atıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, Türk Aerokosmik Sənayesi (TUSAŞ) təşkilatı sözügedən PUA-nıb bir tapşırıq uçuşu zamanı 30 saat 30 dəqiqə havada qaldığını açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna və Türkiyə birgə PUA istehsal edəcək
Qeyd edək ki, gündüz və gecə bütün coğrafi şərtlərdə işləmə qabiliyyətinə malik “Anka” real vaxt rejimində kəşfiyyat, müşahidə, sabit/hərəkətli hədəfin aşkarlanması, identifikasiyası, izlənilməsi və məhv edilməsi üçün nəzərdə tutulub.
30 min fut yüksəklikdə 24 saat havada qala və 250 kiloqram faydalı yük daşıya bilir.
Bizim.Media