''Şuşa fasiləsiz enerji ilə təmin ediləcək'' - Azərişıq

''Şuşa fasiləsiz enerji ilə təmin ediləcək'' - Azərişıq

Hazırda oxunan: ''Şuşa fasiləsiz enerji ilə təmin ediləcək'' - Azərişıq

5426

Şuşa şəhəri ən qısa vaxtda elektrik enerjisi ilə təmin ediləcək.

"Azərişıq" ASC-dən Bizim.Media-ya verilən məlumata görə, bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür.

"Dağ və meşəlik həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq qurumun əməkdaşları qar və şaxtalı havada işlərini fədakarlıqla görür.

Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardı. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə öncə mina axtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olan ən qısa vaxtda "Şükürbəyli" yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq",- deyə ASC-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO