Hulusi Akar:

Hulusi Akar: "Bunun ən böyük faydası Ermənistana olacaq" - NƏYİN?

Hazırda oxunan: Hulusi Akar: "Bunun ən böyük faydası Ermənistana olacaq" - NƏYİN?

53714

“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq.

Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”.

Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala “Bu, dalandır. Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”, - cavabını verib.

Hulusi Akar əlavə edib ki, Qafqazda sülh, sabitlik, əmin-amanlıq mühitinin yaranmasını arzulayır:

"Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO