Paşinyan nədən qorxur? – Nikolun ziyarəti zamanı hərbçilərin güllələri boşaldılıbmış - VİDEO

Paşinyan nədən qorxur? – Nikolun ziyarəti zamanı hərbçilərin güllələri boşaldılıbmış - VİDEO

Hazırda oxunan: Paşinyan nədən qorxur? – Nikolun ziyarəti zamanı hərbçilərin güllələri boşaldılıbmış - VİDEO

53581

Ermənistan Baş naziri Nikol Paşinyanın hərbi hissələrdən birini ziyarəti zamanı yaşananlar erməni mətbuatında geniş müzakirə mövzusuna çevrilib.

Belə ki, baş nazirin əsgərlərlə görüşü zamanı lentə alınan görüntülərdə, hərbçilərin silahlarından güllələrin çıxarıldığı diqqət çəkib.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, Ermənistan liderinin bu davranışı ölkədə “Paşinyan nədən qorxur?” sualını gündəmə gətirib.

Qeyd edək ki, dekabrın 31-də baş nazir Nikol Paşinyanın mətbuat xidməti Paşinyanın müdafiə naziri Suren Papikyanla birlikdə mövqelərə baş çəkib və hərbçilərə həvəsləndirici hədiyyələr verdiyini bildirib.

Yanvarın 2-də isə erməni internet istifadəçiləri mesaja əlavə edilmiş videonu öyrənərək hərbçilərin silahlarında güllə gilizlərinin olmadığını müşahidə ediblər.

Mənbənin məlumatına görə, Ermənistan Respublikasının birinci şəxslərinin keçmişdə hərbi mövqelərə səfərlərini əks etdirən videogörüntülərin sadə müşahidəsi onu göstərir ki, sərhəd mühafizə xidmətində olan əsgərlər həmişə güllə gilizləri ilə dolu silah gəzdiriblər.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO