“Ermənistan Azərbaycanla sülhə tam hazır deyil” - Rusiyalı politoloq

“Ermənistan Azərbaycanla sülhə tam hazır deyil” - Rusiyalı politoloq

Hazırda oxunan: “Ermənistan Azərbaycanla sülhə tam hazır deyil” - Rusiyalı politoloq

52894

“Mən hesab edirəm ki, Paşinyanın bütün bu bəyanatları növbətçi və deklorativ xarakter daşıyır. Praktiki hərəkətlərə və addımlara gəlincə, anlamaq lazımdır ki, Ermənistan Azərbaycanla sülhə tam hazır deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Siyasi Təhlil və Sosial Tədqiqatlar Mərkəzinin baş direktoru, tanınmış rusiyalı politoloq və publisist Pavel Danilin caliber.az saytının “Son vaxtlar Ermənistanın baş naziri Paşinyanın bəyanatlarının ritorikası nəzərəçarpacaq dərəcədə dəyişib. O, Ermənistanın hərtərəfli sülh sazişi imzalamağa hazır olduğunu və Qarabağın “statusu” mövzusunun bağlandığını bildirir. Ermənistan bu bəyanatları nə vaxtdan praktiki olaraq həyata keçirməyə başlayacaq?” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətində sülhə mənəvi və psixoloji hazırlıq yoxdur:

“Eyni zamanda, yeni müharibəyə başlamaq istəkləri də yoxdur. Paradoksaldır ki, müharibəyə tam hazır deyillər, orada heç kim öz övladlarını qırğına göndərmək istəmir, eyni zamanda Azərbaycanla sülh də istəmirlər. Paşinyan üçün bu, çox ciddi çağırışdır, o, istənilən halda hərəkətə keçməli olacaq, çünki Brüsseldə ona başa salınıb ki, onun hər hansı bir hərəkəti ya dövlətin dağılmasına, ya da onun rejiminin dağılmasına gətirib çıxaracaq.

Ona görə də Paşinyan bu yaxınlarda özünü diktator kimi apardı, cəmiyyətin əhəmiyyətli hissəsi də bununla razılaşdı, çünki əks halda razılaşmanın həyata keçirilməsinin mümkün olmayacağını anlayırlar.
Amma razılaşmaların icrasına başlanan kimi, xüsusən də Zəngəzur dəhlizindən keçən yola nəzarətlə bağlı Paşinyanın baş nazir postundan uzaqlaşdırılması ehtimalı artacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO