Gürcüstanın istefa verən parlament sədri deputat mandatından da imtina etdi

Gürcüstanın istefa verən parlament sədri deputat mandatından da imtina etdi

Hazırda oxunan: Gürcüstanın istefa verən parlament sədri deputat mandatından da imtina etdi

52382

Gürcüstan parlamentinin dekabrın 24-də istefa vermiş sədri Kaxa Kuçava deputat mandatından da imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin Prosedur məsələləri üzrə komitəsinin sədr müavini Quram Maçavariani məlumat verib.

Onun sözlərinə görə, K.Kuçava parlamenti tərk etsə də, hakim komandada qalacaq.

Qeyd edək ki, Gürcüstan parlamentinə yeni sədr gələn həftə növbədənkənar iclasda seçiləcək.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bu vəzifəyə qanunverici orqanın Təhsil və elm komitəsinin sədri Şalva Papuaşvilinin namizədliyini irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO