Türkiyənin Milli İstihbarat (MİT) Təşkilatı İranın Türkiyədəki kəşfiyyat şəbəkəsinə qarşı əməliyyat keçirib.
Bizim.Media Türkiyə mətbuatına istinadan xəbər verir ki, əməliyyat İran ərəblərinin xalq hərəkatı üzvü Həbib Çabın İran kəşfiyyatına işləyən narkobaron Naci Şərif Zindaşti tərəfindən qaçırıldıqdan sonra baş tutub.
Məlumata görə, Həbib Çab narkobaron tərəfindən tələyə salnıb. Belə ki, o, Çabın keçmiş həyat yoldaşına təzyiq göstərərək onu Türkiyəyə çağırmagını tələb edib. Çab Türkiyəyə keçmiş xanımı ilə görüşə gəldikdən sonra isə Zindaştinin adamları tərəfindən qaçırılıb və İrana aparılıb.
Bununla bağlı araşdırma aparan Türkiyə MİT İran kəşfiyyatına bağlı bu şəbəkəni aşkarlayaraq çökdürüb.
Xatırladaq ki, bu əməliyyat İran rəsmilərinin Türkiyəyə qarşı çıxışlarından sonra baş tutub.
Qeyd edək ki, İranda 12 dekabrda edam olunan Ruhullah Zəm də bu üsulla İrana qaçırılmışdır. O, Fransada mühacir həyatı yaşayırdı və İranı ifşa edən yazıları ilə tanınırdı.
Bizim.Media
- A-
- A
- A+
Region
18:50 / 14.12.2020
Türkiyə "MİT"i İran agentlərinin ovunda - FOTO
Hazırda oxunan: Türkiyə "MİT"i İran agentlərinin ovunda - FOTO
Hazırda oxunan: Türkiyə "MİT"i İran agentlərinin ovunda - FOTO
5238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.